İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada taksi sürücüsü olan miqrantlar üçün daha bir imtahan

Rusiyada miqrantların taksi sürücüsü işləmək üçün sürücülük vəsiqəsi almaqdan ötrü praktiki sürücülük imtahanından keçməyə məcbur edilməsi təklif olunub.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, qanun layihəsi adı Rusiya Liberal Demokratik Partiya olsa da, xroniki olaraq şovinist təşəbbüslərlə çıxan parlamenti partiyasının bir qrup deputatı tərəfindən hazırlanıb. Sənəd avqustun 29-da Dövlət Dumasına təqdim olunacaq.

Dəyişikliklər Rusiyada işləmək və Rusiya milli sürücülük vəsiqələrini almaq istəyən əcnəbilərin təkcə nəzəri yox, həm də sürücülük təcrübəsi üzrə imtahan verməsini nəzərdə tutur. Layihə qəbul olunarsa, miqrant taksi sürücüləri 2025-ci il iyunun 1-dək imtahan verməlidirlər.

İndi taksidə işləmək istəyən miqrantlar yalnız imtahanın nəzəri hissəsini keçməlidirlər ("Yol təhlükəsizliyi haqqında" federal qanunun 25-ci maddəsi, 18.3-cü hissəsi). Sürücülük bacarıqları onların milli vəsiqəsi əsasında yoxlanılır.

“Qəzaların sayının artması və əcnəbilərin iştirakı ilə baş verən yol qəzalarının sayını, vətəndaşlarımızın mənafeyini nəzərə almaq, sərnişin və yük daşımaları ilə məşğul olan işçilərə təcrübə yoxlamasının tətbiqi məntiqli və düzgün olardı. Bizim qanun layihəmiz hazırda Dövlət Dumasında nəzərdən keçirilir, ayrı-ayrı ölkələrin vətəndaşlarının milli sürücülük vəsiqəsindən istifadəsini qadağan edir”, - Dövlət Dumasının komitə rəhbəri Yaroslav Nilov (RLDP) “Telegram” kanalında bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR