İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada inqilabı başqırdlar BAŞLADACAQ? - Kamran Həsənli CANLIda

Başqırdıstanda (Rusiya) etirazçılarla xüsusi təyinatlı qüvvələr (OMON) arasında toqquşma baş verib. Səbəb Kuştau dağının mühafizəsi hərəkatının fəalı Fail Alsınovun “nifrət və ya düşmənçiliyi qızışdırmaq”da ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilməsi olub.

Məlumata görə, aprel ayında Alsınov qızıl hasilatına qarşı mitinqdə çıxışı zamanı “kara xalıq” (“qara xalq”) ifadəsini işlədib.

Alsınovun hökmü elan edildikdən dərhal sonra Başqırdıstanda kütləvi etirazlar başlayıb. Məhkəmə binasının qarşısındakı meydanda Alsınovu dəstəkləmək üçün toplaşan yüzlərlə aksiyaçı ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.

Mediada yayılan məlumatlara görə, regionda “WhatsApp” da bloklanıb.

Rusiyada inqilabı başqırdlar başladacaq? Bu dalğa daha kimləri və haranı əhatə edə bilər? Pakistan-İran qarşıdurması nələr vəd edir?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR