İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada GÜCLÜ PARTLAYIŞ - Ukrayna dronlarla aerodroma HÜCUM ETDİ

Ukrayna Silahlı Qüvvələri Volqoqrad vilayətində yerləşən Marinovka aerodromuna hücum edib. Yerli sakinlərin sözlərinə görə, Kalaçevski rayonunda bir neçə güclü partlayış səsləri eşidilib.

Musavat.com xəbər verir ki, bu barədə "Mash" telegram kanalı məlumat yayıb.

Sakinlərin bildirdiyinə görə, ümumilikdə 5-6 partlayış qeydə alınıb. Hadisənin təfərrüatları hələlik tam dəqiqləşdirilməsə də, ilkin məlumatlar hücumun pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirildiyini göstərir.

Bundan əvvəl monitorinq kanalları Volqoqrad vilayətinə doğru 15-ə qədər motorlu və iki reaktiv PUA-nın uçduğu barədə xəbər yaymışdı. Bu PUA-ların mümkün hədəfləri və hücumun nəticələri barədə rəsmi açıqlama verilməsə də, yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxladıqlarını bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Mart 2025

27 Mart 2025

BÜTÜN XƏBƏRLƏR