Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ryazan vilayətində yerləşən “Elastik” barıt zavodunda güclü partlayış qeydə alınıb.
Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 5 nəfər həlak olub, azı 20 nəfər yaralanıb.
Telegram kanallarının yazdığına görə, yaralılardan beşinin vəziyyəti ağırdır.
“Baza” telegram kanalının məlumatına görə, ölənlərin sayı 5 nəfərə çatıb və dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur.
Mənbələr partlayışın təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verdiyini iddia edirlər.
Musavat.com
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ