İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada AĞIR döyüşlər gedir, Krım da VURULDU: Ukrayna Kurskı bu ərazilərlə dəyişir - CANLI

Kurskda Ukrayna ordusunun bölmələri ilə Rusiya silahlı qüvvələri arasında şiddətli döyüşlər gedir.

Musavat.com xəbər verir ki, 6 avqustda regiona hücum edən Ukrayna ordusunun hazırda ərazidə möhkəmlənmək üçün istehkamçılar da gətirdiyi iddia edilir.

Rusiya isə Ukrayna qüvvələrini ələ keçirdiyi ərazilərdən çıxarmaq və dövlət sərhədini bərpa etmək üçün bölgəyə ehtiyat qüvvələrini cəmləşdirib. Rusiya MN Ukrayna qüvvələrinin ciddi canlı qüvvə və texnika itirdiyini iddia edir və bununla bağlı yeni video da yayıb. Buna baxmayaraq, Rusiya hərbi mənbələri də Ukraynanın irəliləməkdə davam etdiyini təsdiqləyirlər.

Belqorod vilayətinə ötən gün həyata keçirilən raket və PUA hücumları nəticəsində 16 mülki şəxs yaralanıb. Bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat yayıb. “Dünən Belqorod vilayətinə 86 dəfə atəş açılıb, 16 mülki şəxs yaralanıb, 13-ü hələ də tibb müəssisələrindədir, bir nəfərin vəziyyəti ağırdır”, - o bildirib.

Kurska hücum etməklə Zelenski Putinin düsturunu pozmaq istəyir. Zelenski Kursk və Belqorod vilayətlərində Rusiya ərazilərinin bir hissəsini ələ keçirmək istəyir və bundan sonra sülh sazişləri imzalayarkən, Rusiyanın Xarkov vilayətindən və Zaporojye AES-dən çıxması müqabilində onları qaytaracaq. Əminəm ki, Ukrayna Silahlı Qüvvələrinin təbliğatçıları indi əsgərlərə deyirlər: sizin ələ keçirdiyiniz Kursk vilayətinin hər metrini Xarkov vilayətinin 10 metrinə dəyişəcəyik.

Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Markov Ukrayna ordusunun Kurska hücumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu bölgədə möhkəmlənmək üçün var gücü ilə çalışacaq:

“Ukrayna Silahlı Qüvvələri gecə və səhər hücumu intensivləşdirməyə çalışacaq. Əsasən, Rılsk, Korenevo və Suca istiqamətinə hücum mümkündür. Rusiya ordusu ehtiyatları bölgəyə köçürür. İlk növbədə Rusiya aviasiyası Ukrayna Silahlı Qüvvələrini dayandırmağa çalışır. Ukrayna Silahlı Qüvvələri isə özləri ilə çoxlu hava hücumundan müdafiə vasitələri gətiriblər. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən çıxarmaq məqsədi ilə əks-hücum hazırlayır”.

TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Rüstəm Tağızadə ilə Yaxın Şərqdəki gərginliyi və Rusiya vilayəti olan Kurska hücumu dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR