Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Xarkov şəhəri və vilayətini müntəzəm atəşə tutmasının səbəbini açıqlayıb.
Zelenski bu barədə axşam videomüraciətində məlumat verib.
“Rusiyanın məqsədi tamamilə aydındır - onlar insanları Xarkovdan, regiondan qovmaq üçün hər şeyi etmək istəyirlər”, - deyə Zelenski əlavə edib.
Dövlət başçısı, həmçinin qeyd edib ki, Ukrayna mümkün qədər çox şəhər və yaşayış məskənini Rusiya təcavüzündən qorunması üçün hər şeyi etməlidir.
Qeyd edək ki, Rusiya Xarkovu gecə-gündüz müntəzəm atəşə tutmaqda davam edir. (Ölkə.az)
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ