İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya vətəndaşlığı alan Depardye ölkəni tərk edib

2013-cü ildə Rusiya vətəndaşlığını alan və Novosibirskdə qeydiyyatda olan aktyor Jerar Depardye hazırda Rusiyada yaşamır.

Musavat.com xəbər verir ki, onun həyatı ilə bağlı faktları News.ru portalı toplayıb.

Depardye Novosibirskdə bizneslə məşğul olub, istehsal mərkəzi yaradıb, qida istehsalına başlayıb. O, sənədli film də çəkməyi planlaşdırırdı.

2018-ci ildə aktyorun Əlcəzairə köçdüyü və orada üzüm bağları aldığı da məlumdur. Ukraynada müharibə başlayandan sonra o, Rusiya hakimiyyətinin hərəkətlərini tənqid edib, lakin Rusiya xalqının buna görə məsuliyyət daşımadığını vurğulayıb. O, Novosibirskdəki prodüser mərkəzini bağlayıb və II dünya müharibəsində SSRİ-nin tərəfində vuruşan fransız pilotlar haqqında sənədli film üzərində işi dayandırıb.

İndi Depardye Avropada yaşayır, Ukrayna münaqişəsindən danışmaqdan yayınır. Onun sözlərinə görə, bu məsələdə heç kim ağlabatan bir şey deyə bilməz. Eyni zamanda, o, gələcəkdə Rusiyaya qayıtmaq istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR