İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Mərkəzi Asiyadan neft ixracı azalıb

İyul ayında Rusiya və Mərkəzi Asiya ölkələrindən ümumi neft ixracı sutkada orta hesabla 6,1 milyon barel təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə demək olar ki, 0,4 milyon barel (7 faiz) azdır.

Musavat.com OPEK-in aylıq hesabatına istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni ayının yekunu ilə müqayisədə 0,5 milyon barel çoxdur.

İyulda “Transneft” sistemi vasitəsilə ixrac iyun ayı ilə müqayisədə gündə orta hesabla 408 min barel və ya təxminən 10 faiz təxminən gündəlik 3,5 milyon barel təşkil edib. Ötən ilin eyni ayı ilə müqayisədə tədarüklər sutkada 549 min barel və ya 15 faiz çox olub.

Baltik dənizi regionundan ixrac 0,3 milyon barel (20 faiz) azalaraq orta hesabla 1,2 milyon barel olub. Beləliklə, Primorsk limanından tədarük 241 min barel (27 faiz) azalaraq orta hesabla 0,6 milyon barel təşkil edib. Ust-Luqa limanından ixrac 61 min barel və ya təxminən 9 faiz azalaraq orta hesabla 592 min barel olub. Qara dənizin Novorossiysk limanından daşınmalar sutkada 189 min barel və ya 27 faiz azalaraq orta hesabla 505 min barel olub.

İyulda “Drujba” neft kəməri ilə neft nəqli iyun ayı ilə müqayisədə bir qədər aşağı olub, iyunda 300 min barellə müqayisədə 299 min barel təşkil edib. Bu rəqəm ötən ilin eyni ayı səviyyəsindən 51 min barel (2 faiz) azdır.

ESPO boru kəməri ilə Çinə ixrac 51 min barel və ya təqribən 9 faiz azalaraq orta hesabla gündə 620 min barel təşkil edib.
İyulda Mərkəzi Asiyadan neft ixracı gündə orta hesabla 243 min barel təşkil edib ki, bu da bir ay əvvəlki ilə müqayisədə 31 min barel və ya təxminən 15 faiz çoxdur, lakin ötən illə müqayisədə 22 min barel (2 faiz) azdır.

Qara dəniz regionundan Qazaxıstan neftini ixrac edən KTK terminalından ümumi ixrac 2 faiz və ya 22 min barel azalaraq orta hesabla gündəlik 1,4 milyon barel təşkil edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə gündə 96 min barel və ya 7 faiz azdır.
Azərbaycandan Bakı-Supsa kəməri ilə neft nəqli bərpa olunmayıb. Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə ixrac 6 faiz və ya 40 min barel azalaraq orta hesabla gündə 612 min barel təşkil edib.

İyulda Rusiya və Mərkəzi Asiyadan neft məhsullarının ümumi ixracı iyun ayı ilə müqayisədə sutkada 0,2 milyon bareldən az (9 faiz) artaraq orta hesabla 2,4 milyon barel olub. Artım əsasən nafta, o cümlədən qazoyl və təyyarə yanacağının ixracının artması hesabına baş verib. Ötən ilin iyul ayı ilə müqayisədə neft məhsullarının ümumi ixracı 7 faiz və ya 193 min barel azalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR