İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və ABŞ Ukrayna məsələsində irəliləməyə hazırdır – Kreml açıqlama yaydı

 Moskva və Vaşinqton Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın ABŞ-la bu mövzuda müzakirə etməli olduğu hələ çox məsələ var.

Peskov həmçinin aşağıdakı məqamları vurğulayıb:

*Prezident Vladimir Putinin Donald Trampa verdiyi hədiyyə şəxsi xarakter daşıyır və detallar açıqlanmayacaq;
*Kreml Kiyevin enerji infrastrukturuna hücumlarını diqqətlə izləyir;
*Rusiya ordusu enerji obyektlərinə zərbə endirməməklə bağlı mövqeyini dəyişməyib, baxmayaraq ki, Ukrayna ordusu bu sahədə pozuntulara yol verir;

*Ər-Riyaddakı danışıqların nəticələri dərhal Putinə məruzə ediləcək;
*Bu gün baş tutacaq Rusiya-ABŞ görüşlərində əsas mövzu Qara dəniz təşəbbüsü və gəmiçilik təhlükəsizliyi olacaq.

Ər-Riyaddakı danışıqlardan konkret nəticələrin çıxıb-çıxmayacağı isə hələlik bəlli deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR