Onlayn ictimai-siyasi qəzet
Rusiya və ABŞ nadir torpaq metalları sahəsində əməkdaşlığa dair danışıqlara başlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin sözlərinə görə, artıq bir sıra şirkətlər birgə layihələrə maraq göstəriblər.
“Nadir torpaq metalları əməkdaşlıq üçün vacib sahədir və təbii ki, biz Rusiyada müxtəlif nadir torpaq metalları və layihələri ilə bağlı müzakirələrə başlamışıq”, - Dmitriyev qeyd edib.
O, artıq bir neçə şirkətin bu layihələrdə iştiraka maraq göstərməsinə də aydınlıq gətirib.
Bundan əvvəl, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin ABŞ-a həm Rusiyada, həm də Ukraynanın ilhaq edilmiş ərazilərində nadir torpaq metallarının çıxarılması sahəsində birgə iş təklif etməyə hazır olduğunu bəyan edib. Bu bəyanat Ukrayna və ABŞ arasında mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında sazişin müzakirəsi fonunda verilib.
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ