Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 11:00-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında mühüm görüş başlayacaq.
Görüş The Ritz-Carlton otelində keçiriləcək. Rusiya tərəfini Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktor müşaviri Sergey Beseda təmsil edəcək. ABŞ nümayəndə heyətinin tərkibində isə Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Enton, Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Kit Kelloq və Milli Təhlükəsizlik üzrə müşavir Mayk Uoltsun olması gözlənilir.
Görüşün gündəliyi və müzakirə olunacaq məsələlərlə bağlı rəsmi açıqlama verilməsə də, tərəflərin əsas diqqətinin beynəlxalq və regional məsələlərə yönələcəyi ehtimal edilir.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ