İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynada 105 liman infrastrukturunu dağıdıb

Taxıl sazişindən özünə qarşı sanksiyaların aradan qaldırılması məqsədi ilə şantaj aləti kimi istifadə edən Rusiya Ukrayna taxılının dünya bazarına bütün yollarını bağlamağa çalışır. Bunun üçün işğalçı ölkə Ukraynanın Dunay çayı ilə taxıl ixracını təmin edən liman infrastrukturunu dağıtmaqdadır.

Ukraynanın infrastruktur naziri Aileksandr Kubrakovun açıqladığı məlumata görə, yulun 18-dən Ukraynada 100-dən çox liman infrastrukturu obyekti zədələnib və ya qismən dağılıb: “İyulun 18-dən bəri 105 liman infrastrukturu obyekti zədələnib və qismən dağıdılıb”.

Kubrakovun sözlərinə görə, bu dövrdə Asiya, Afrika və Avropa ölkələrinə taxıl ixracı ayda təxminən 3 milyon ton azalıb. O əlavə edib ki, hazırda Ukraynanın Dunay istiqamətindəki limanları “Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeganə su yoludur”.

Rusiya iyuldan bəri Ukraynanın Dunaya çıxış imkanı olan Reni, İzmail və digər limanlarını ardıcıl bombardmana məruz qoyur. Bununla Moskva Qərbin Qara dəniz ixrac yolunun açılması üçün onun şərtlərini qəbul etməsinə nail olmağa çalışır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR