Onlayn ictimai-siyasi qəzet
Rusiya Suriyanın şimal-şərqində yerləşən Qamışlı şəhərindən hərbi qüvvələrini çıxarmağa davam edir.
Musavat.com “Yeni Şafak”a istinadən xəbər verir ki, hərbi personal və texnika bölgədən yük təyyarələri vasitəsilə daşınır.
Qeyd edək ki, Qamışlı Suriyanın Türkiyə ilə sərhədində yerləşən və strateji əhəmiyyətə malik bir şəhərdir. Şəhər həm coğrafi mövqeyi, həm də bölgədəki nəqliyyat və logistika yollarına yaxınlığı ilə mühüm strateji önəm daşıyır.
Bundan əlavə, Qamışlı Suriyanın şimal-şərqindəki ən böyük şəhərlərdən biri olmaqla yanaşı, tarixi baxımdan da bölgənin əsas mərkəzlərindən biri kimi tanınır.
Musavat.com
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ