Onlayn ictimai-siyasi qəzet
Çinin “Shandong Port Group” liman operatoru ABŞ sanksiyaları altında olan Rusiyanın “kölgə donanmasının” tankerləri üçün limanlarını bağlayıb. Musavat.com xəbər verir ki, məlumatı neft treyderləri arasında öz mənbələrinə istinadən Reuters agentliyi yayıb.
“Shandong Port Grou” Çinin şərq sahillərində sanksiya tətbiq edilən neft üçün əsas idxal terminalları olan Qingdao, Rizhao və Yantai daxil olmaqla, böyük limanlara nəzarət edir. Xüsusilə Şandonq əyaləti Rusiya, Venesuela və İrandan neft idxalının əsas marşrutudur. Ötən il əyalət Çinə idxal edilən bütün neftin təxminən 17 faizinin idxalını təmin edib. Reuters-in yazdığına görə, Şandunqda belə problemli ölkələrdən ən böyük neft idxalçıları olan bir çox müstəqil neft emalı zavodları yerləşir.
Treyderlər deyirlər ki, qadağa Rusiya neftinin Şandunqdakı müstəqil neftayırma zavodlarına daşınması xərclərini artıracaq. Lakin bu qadağa yalnız “kölgə donanması”nın ABŞ sanksiyalarına məruz qalan tankerlərinə şamil ediləcək. Təəssüf ki, bu donanmanın əksəriyyəti indiyədək sanksiyalardan yayınıb.
Lloyd's List Intelligence-in dəniz məlumatları qrupunun baş analitiki Mikele Viese Bockmann deyir ki, hazırda İran, Rusiya və Venesuela neftini daşıyan aktiv kölgə donanmasına təxminən 669 tanker daxildir. Onun sözlərinə görə, onlardan yalnız 250-300-ü Rusiya neftini daşıyır. Bundan əlavə, Rusiyanın Sovcomflot-u da öz tankerləri ilə Rusiya neftini nəql edir.
Musavat.com
13 Fevral 2025
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ