İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya "Taliban"ın tanınması şərtini açıqlayır -inklüziv hökumət qurulmalıdır

Əfqanıstanda inklüziv Nazirlər Kabinetinin (müxtəlif siyasi qüvvələr və millətlərin təmsil olunacağı) formalaşdırılması Rusiya tərəfindən “Taliban”ın hakimiyyəti üçün ilkin şərtdir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin Əfqanıstan üzrə nümayəndəsi, Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov deyib.

“Biz sözün tam mənasında etno-siyasi inklüziv Nazirlər Kabinetinin formalaşdırılması üçün Kabildən əlavə konstruktiv addımlar gözləyirik. Gələcəkdə bu, Əfqanıstanın yeni rəhbərliyinin rəsmi tanınması üçün əsas ola bilər”, - o bildirib.

Kabulov əlavə edib ki, bu baş verərsə, Rusiya “Taliban” nümayəndələrini BMT Təhlükəsizlik Şurasının sanksiya siyahısından çıxaracaq.

Daha əvvəl Zamir Kabulov deyib ki, “Taliban” hərəkatının nümayəndələri mahiyyətcə terrorçu deyillər.

Sentyabrın 29-da Əfqanıstanın müvəqqəti hökumətində Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra edən Əmir Xan Müttəqinin başçılıq etdiyi “Taliban” Moskva formatı üzrə Kazanda keçirilən danışıqlara gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR