İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Suriyadan çıxır: Hərbi texnikalar geri daşınmağa hazırlanır

Rusiya Suriyada yerləşən hərbi texnikasını çıxarmaq üçün hazırlıqlara başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə müxtəlif mənbələrə istinadən məlumat yayılıb.

Xüsusilə, Suriyanın Latakiya əyalətində yerləşən Hmeymim aviabazasından dron vasitəsilə çəkilən videolarda Rusiyanın 91H6E radiolokasiya kompleksinin göndərilmək üçün hazır vəziyyətə gətirildiyi müşahidə olunub. Komplekslə birlikdə istifadə olunan S-300 və S-400 raket sistemləri hələ ki, öz mövqelərində qalır. Lakin bu raketlərin buraxılış qurğuları artıq döyüş vəziyyətində deyil, əvvəlki kimi aktiv görünmür.

Hmeymim bazasında aktivlik artır

Peyk görüntülərinə əsasən, Hmeymim aviabazasında son günlərdə qeyri-adi sayda hərbi təyyarə toplanıb. Onların arasında Rusiyanın iki ağır nəqliyyat təyyarəsi, An-124 “Ruslan” da var. “The Times” qəzetinin Suriyadakı müxbiri aviabazada yeni gələn Rusiya hərbi texnikasını əks etdirən video yayımlayıb. Bazanın mühafizəçiləri jurnalistlərə Rusiyanın hərbi texnikasını çıxarmağa başladığını təsdiqləyiblər. 

Screenshot_3.png (497 KB)

Peyk görüntüləri

Tartus dəniz bazasında dəyişikliklər

Suriyanın Tartus limanındakı Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus freqatların fəaliyyəti də diqqət çəkib. Peyk şəkilləri göstərir ki, 13 dekabr tarixində həmin freqatlar bazaya geri dönməyib. Bu da Rusiyanın Suriyadakı hərbi iştirakını sonlandıracağı ehtimallarını gücləndirir.

Mənbə: https://www.dw.com/ru/rossia-gotovitsa-vyvesti

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Dekabr 2024

13 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR