İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfirliyi Marseldəki partlayışdan əvvəl tədbir görülməsini istəyibmiş

Rusiya səfirliyi Fransa hakimiyyət orqanlarından Rusiyanın Marseldəki baş konsulluğunun ərazisində partlayışdan əvvəl də təhlükəsizliyin yaxşılaşdırılması üçün lazımi tədbirlər görməyi xahiş edib.

Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə diplomatik nümayəndəlikdən məlumat verilib.

“Rusiyanın Fransadakı səfirliyi bu günlərdə baş verə biləcək təxribatları nəzərə alaraq Fransadakı bütün Rusiya xarici qurumlarının təhlükəsizlik səviyyəsinin artırılması tələbi ilə əvvəlcədən Fransa hakimiyyətinə müraciət edib. Buna baxmayaraq, belə hücumlar baş verib”, - Rusiya xəbər agentliyi yazır.

Daha əvvəl məlum olub ki, Rusiya baş konsulluğunun ərazisinə atılan iki partlayıcıdan yalnız biri işə düşüb. Üstəlik, atılan əşyalar “molotov kokteyli” olmayb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR