İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya qışdan silah kimi istifadə edir" - Bayden

Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Co Bayden Ağ Evdə mətbuat konfransı keçirib.

ABŞ Prezidenti bildirib ki, 300 gün ərzində Ukrayna Rusiyaya polad mahiyyətini və qırılmazlığını göstərdi: "Ukraynanın azadlığı təhlükə altında olanda amerikalılar tərəddüd etmədilər və Ukraynanın müdafiəsinə qalxdılar. Müttəfiqlər Ukraynanı gücləndirmək üçün 2000 tank və zirehli texnika, 800 artilleriya sistemi, 2 milyon mərmi, milyardlarla dollar maddi dəstəklə təmin etdilər. Avropa və ABŞ-ın dünya üzrə müttəfiqləri milyonlarla ukraynalı qaçqına sığınacaq verdi".

Bayden həmçinin qeyd edib ki, Ukrayna Kiyev, Xerson, Xarkov uğrunda mübarizədə qalib gəldi və Rusiyanın gözləntilərini aşdı. ABŞ Ukraynanı dəstəkləyir və nə olursa-olsun dəstəkləməyə davam edəcək.

Bayden qeyd edib ki, ABŞ Ukraynaya əlavə 45 milyard dollarlıq yardım, 1,8 milyard dollarlıq paket ayıracaq.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Pentaqonun Ukraynaya silah ötürməsini asanlaşdıracaq başqa bir layihəyə imza atacaq.

Bayden bildirib ki, Rusiya Ukraynanın dinc sakinlərini istilik, işıq və sudan məhrum etmək üçün kritik infrastruktur obyektlərini qəsdən atəşə tutur.

"Rusiya qışdan silah kimi istifadə edir",  - Bayden qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR