İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Odessa limanında xarici gəmini vurdu: Dörd heyət üzvü həlak oldu

Ötən gün axşam saatlarında Rusiya ordusu Odessa dəniz ticarət limanına ballistik zərbə endirib.

Musavat.com Unian-a istinadən xəbər verir ki, zərbə nəticəsində xarici gəminin dörd ekipaj üzvü həlak olub.

Belə ki, saat 20:15 radələrində Odessada hava hücumu həyəcanı elan edilib və bir neçə dəqiqə sonra şəhərdə güclü partlayış baş verib. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı rusların şəhərə ballistik raket atdığını yazıb.

Daha sonra Ukrayna Dəniz Limanları Administrasiyası Odessa dəniz limanının raket zərbəsinə məruz qaldığını bildirib. Balistik raket yanalma divarının küncünə dəyib:

"İlkin məlumata görə, limanda buğda yüklənmək üçün dayanan MJ Pınar gəmisinin dörd ekipaj üzvü həlak olub, daha bir dənizçi isə yaralanıb. Gəmidə olan ixracatçı şirkətin əməkdaşı da yaralanıb".

Sosial mediada yayılan xəbərlərə görə, MJ Pınar Barbados bayrağı altında üzən və göyərtəsində 12 ekipaj üzvü olan quru yük gəmisi olub. İlkin məlumata görə, üç suriyalı və bir ukraynalı həlak olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR