İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nefti noyabrda qiymət tavanından 13 dollar BAHA SATILIB

2023-cü ilin yanvar-noyabr aylarında "Urals" neftinin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə (78,32 dollar) 19,7 faiz azalaraq 62,89 dollar təşkil edib.

Musavat.com Rusiya Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, noyabrda neftin orta qiyməti 72,84 dollar olub ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 9,58 faiz (barel üçün 66,47 dollar) çoxdur.

Nazirliyin məlumatına görə, noyabrda "Brent" markalı neftin orta qiyməti 83,12 dollar təşkil edib. Beləliklə, "Urals"ın "Brent"ə nisbətən endirimi təxminən 12,37 faiz olub.

Oktyabrda endirim təxminən 10,5 faiz olmuşdu. Bu isə endirimin noyabrda oktyabr ayı ilə müqayisədə 1,87 faiz bəndi artdığını göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR