İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nefti alan ölkələrə 500% rüsum planı: Tramp "gözləyək, baxarıq" dedi

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini nəzərdə tutan yeni qanun layihəsini dəstəkləyib-dəstəkləməyəcəyini hələ müəyyən etmədiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Tramp jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Sözügedən qanun layihəsi, Rusiya nefti və qazını alan ölkələrdən idxal edilən məhsullara 500 faizə qədər gömrük rüsumu tətbiq olunmasını nəzərdə tutur. Bu addımın əsas məqsədi Rusiyanın enerji satışından gəlir əldə etməsinin qarşısını almaqdır.

“Bunu bilmirəm. Əvvəlcə sənədlə tanış olmalıyam. Baxacağıq,” – deyə Tramp mövqeyini açıqlayıb.

Qeyd edək ki, qanun layihəsi ABŞ Konqresində geniş müzakirələrə səbəb olub və yaxın günlərdə səsverməyə çıxarılması gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR