İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya mütəxəssisləri İran AES-indən çıxarır – nüvə fəlakətinin astanasındayıq?

Rusiya dövlət nüvə korporasiyası “Rosatom”un baş direktoru Aleksey Lixaçev İranın Buşehr Atom Elektrik Stansiyasına (AES) mümkün hərbi zərbənin ciddi nüvə fəlakəti ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, belə bir hücum Çernobıl hadisəsinə bənzər miqyasda faciə yarada bilər.

Lixaçev qeyd edib ki, artıq “Rosatom” bu təhlükəyə cavab olaraq Buşehr AES-də çalışan bəzi rus mütəxəssisləri stansiyadan çıxarıb. O əlavə edib ki, müəyyən sayda texniki heyətin stansiyada qalması hələ də mümkün sayılır və bu qərar risklərin dəyərləndirilməsi əsasında verilir.

“Biz İsrail hakimiyyətinə çağırış edirik ki, Buşehr AES-inə yönəlmiş hücum ehtimalı, hətta eyham səviyyəsində belə gündəmdə olmasın,” – deyə Lixaçev bildirib.

“Rosatom” rəhbərinin bu bəyanatı Yaxın Şərqdə artmaqda olan gərginlik fonunda səslənib. Xüsusilə İsrailin İranın nüvə obyektlərinə qarşı ehtimal olunan əməliyyatlarına dair yayılan məlumatlar regionda nüvə təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olur.

Qeyd edək ki, Buşehr AES Rusiya mütəxəssislərinin iştirakı ilə inşa olunub və hal-hazırda stansiyada Rusiya texnologiyalarından istifadə olunur. Stansiya həm İran üçün enerji mənbəyi, həm də regional nüvə proqramının simvolik obyektidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR