Onlayn ictimai-siyasi qəzet
Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini illik 21 faiz səviyyəsində saxlamaq qərarına gəlib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu qərar analitiklərin gözləntiləri ilə üst-üstə düşdü.
Tənzimləyicinin açıqlamasında qeyd olunur ki, ölkədə mövcud inflyasiya təzyiqi yüksək olaraq qalır:
“Daxili tələbin artımı əmtəə və xidmətlərin təklifini genişləndirmək imkanlarını əhəmiyyətli dərəcədə üstələməkdə davam edir. Eyni zamanda kredit aktivliyinin soyuması özünü daha qabarıq şəkildə büruzə verir və əhalinin qənaətə meyli artır”.
Bankın baza ssenarisində inflyasiyanın hədəfə qaytarılması oktyabrda proqnozlaşdırılandan daha uzun müddət iqtisadiyyatda sərt monetar şəraitin saxlanmasını tələb edəcək.
Mərkəzi Bankın İdarə Heyətinin məzənnə ilə bağlı növbəti iclası martın 21-də keçiriləcək.
Rusiya Bankı həmçinin 2025-ci ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu da açıqlayıb. Proqnoza əsasən qiymət 80 dollardan 65 dollara endirilir. 2026-cı il üçün qiymət proqnozu 75 dollardan 60 dollara, 2027-ci il üçün proqnoz 70 dollardan 60 dollara endirilib.
Musavat.com
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ