Onlayn ictimai-siyasi qəzet
Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev İlon Maskla Marsın mənimsənilməsi sahəsində əməkdaşlıq edəcəklərinə ümid etdiklərini bildirib.
Musavat.com-un məlumatına görə, Dmitriyev Rusiyanın bu missiya üçün mühüm texnologiyalar təqdim edə biləcəyini iddia edib.
"Biz inanırıq ki, Rusiya Mars missiyası üçün çox şey təklif edə bilər. Bizdə nüvə texnologiyaları var və onları bu məqsədlə istifadə etmək mümkündür. Ümid edirik ki, İlon Maskın komandası ilə videokonfranslar təşkil olunacaq. Rusiya Mars missiyası üçün kompakt nüvə qurğusu və digər qabaqcıl texnologiyalar təklif edə bilər", – deyə Dmitriyev qeyd edib.
Bu, onun Maskı tərifləməsi ilə bağlı ikinci açıqlamasıdır. Bir müddət əvvəl o, amerikalı milyarderi “müasir dövrün ən böyük liderlərindən biri” adlandırmışdı.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ