İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Kiyevi ballistik raketlə VURDU - Şəhərdə yanğınlar BAŞLADI

Fevralın 12-nə keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə raket zərbəsi endirib, nəticədə şəhərdə yanğınlar başlayıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, yerli vaxtla saat 04:31-də Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı şimal-şərqdən ballistik raket hücumu təhlükəsi barədə məlumat verib.

Bundan qısa müddət sonra Kiyevdə ardıcıl partlayış səsləri eşidilib. Hazırda xəsarət alanlar barədə məlumat verilmir.

Paytaxtın hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, raket qalıqları Qolosevskiy və Podolskiy rayonlarına düşüb, nəticədə yanğın baş verib.

Daha sonra o, Solomensk və Svyatoşinski rayonlarında da yanğınlar barədə məlumat verib.

Kiyev meri Vitali Kliçko da məlumatı təsdiqləyib.

Məlumatda bildirilir ki, bu gecə Rusiya Ukrayna ərazisinə "Şahed" tipli kamikadze dronları da göndərib. Ukrayna Hava hücumundan müdafiə qüvvələri dronları vurub, lakin hücumun mümkün nəticələri barədə hələlik məlumat verilməyib.

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR