Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edir ki, Ukrayna Rusiya ilə aparılan danışıqları pozmaq məqsədilə Avropada Rusiya diplomatik nümayəndəliklərinə qarşı bir sıra terror aktları həyata keçirməyi nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, kəşfiyyatın məlumatına görə, ən çox təhlükə Almaniya, Baltikyanı ölkələr, Skandinaviya, eləcə də Slovakiya və Macarıstan ərazilərində gözlənilir.
Ekspertlər hesab edirlər ki, bu iddialar iki ölkə arasındakı gərginliyin daha da artmasına səbəb ola bilər və Qərb ölkələrinin təhlükəsizlik qurumlarının reaksiyasına səbəb olması gözlənilir.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ