İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-İran-Çin üçlüyünün ABŞ-da ŞOK seçki planları

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmisi bildirib ki, Rusiya, İran və Çin ölkədəki prezident seçkiləri ərəfəsində amerikalılar arasında parçalanma yaratmaq üçün müxtəlif dezinformasiya vasitələrindən istifadə etməyə hazırlaşırlar.

Musavat.com xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin sözçüsü anonimlik şərti ilə jurnalistlərə danışıb.

Bu informasiya təxribatının prezidentlik yarışının nəticələrinə təsir edəcək gücdə olmadığını bildirən ABŞ kəşfiyyatının rəsmisi jurnalistlərə verdiyi brifinqdə prosesin detallarını da açıqlayıb:

“Xarici aktorlar seçkiqabağı və seçkidən sonra fiziki təhdidlər, zorakılıq haqqında şayiələr yaymaq, bununla ölkədə qeyri-müəyyənlik yaratmaq niyyətindədir”.

Bəzi informasiya mətnlərinin süni intellekt tərəfindən yaradıldığını qeyd edən mənbə seçki gününə qədər, xüsusən də sosial media yazıları vasitəsilə xarici təsirlərin artacağını deyib.

“Xarici aktorlar, xüsusən də Rusiya, İran və Çin Amerika cəmiyyətində parçalanmaları artıran və amerikalıların ölkənin demokratik sisteminə inamını sarsıdan rəvayətlər yaymaqla özlərinin köhnəlmiş və inkişaf etdirmədikləri taktikalarını işə salıblar”, - Milli Kəşfiyyat Direktorunun Ofisinin sözçüsü bildirib.

Nümunə olaraq o, ayın əvvəlində Rusiyanın təsiri altında olan agentlər tərəfindən yaradılan “X” media platformasındakı postu göstərib. Materialda Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd və Minnesota qubernatoru Tim Valza qarşı təsdiqlənməmiş ittiham yer alıb. Kəşfiyyat xidmətlərinin məlumatına görə, belə məzmunlu materiallar rusiyalı agentlər tərəfindən yaradılıb.

Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR