İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya iki Britaniya diplomatını ölkədən çıxarır

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) Böyük Britaniyanın Moskvadakı səfirliyinin ikinci katibi Alkəş Odedra və diplomatik missiyanın siyasi şöbəsinin birinci katibinin həyat yoldaşı Maykl Skinnerin Rusiyanın təhlükəsizliyinə təhdid yaradan “kəşfiyyat və təxribat fəaliyyətləri” ilə məşğul olduqlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, FSB-nin bəyanatına görə, adıçəkilən şəxslər diplomatik statuslarından sui-istifadə edərək, Rusiya ərazisində casusluq və təxribat xarakterli fəaliyyətlər həyata keçiriblər. Xidmətin məlumatında qeyd olunur ki, onların bu fəaliyyəti Rusiyanın milli maraqlarına və dövlət təhlükəsizliyinə ciddi təhdid yaradır. Rəsmi Moskva bu cür addımları qəbuledilməz hesab edərək sərt tədbirlər görmək qərarına gəlib.

Rusiya Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək, hər iki diplomatın akkreditasiyasının ləğv edildiyini və onlara iki həftə ərzində ölkəni tərk etmələri barədə xəbərdarlıq edildiyini açıqlayıb. Nazirliyin bəyanatında vurğulanıb ki, Rusiya öz suverenliyini qorumaq və daxili işlərinə müdaxilənin qarşısını almaq üçün bu cür qəti addımlar atmağa məcburdur.

Böyük Britaniyanın Moskvadakı səfirliyi isə hələlik məsələyə rəsmi reaksiya verməyib. Hadisə iki ölkə arasında diplomatik gərginliyi daha da artıracağı gözlənilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR