İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya hərbi və müdafiə sahəsində Ermənistanın əsas tərəfdaşı ola bilməz” – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Rusiya müdafiə və hərbi-texniki sahədə ölkəsinin əsas tərəfdaşı ola bilməz.

Musavat.com xəbər verir ki, o, bu fikri ölkənin İctimai Radiosuna müsahibəsində səsləndirib. Baş nazir bunun bir neçə səbəbinin olduğunu deyib:

"Biz real olaraq kiminlə hərbi-texniki və müdafiə münasibətləri saxlaya biləcəyimizi anlamalıyıq. Əvvəllər bu problem sadə idi. Çünki belə bir sual yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik yox idi. Əvvəllər hərbi-müdafiə sahəsində münasibətlərimizin 95-97 faizi Rusiya ilə qurulmuşdu. İndi bu, həm obyektiv, həm də subyektiv səbəblərə görə baş verə bilməz”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR