İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistana "pomidor müharibəsi" elan etdi

İyulun 17-də Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinə "Rosselxoznadzor"dan məktub daxil olub.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, məktubda aprel-iyun aylarında Ermənistandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzlərdə pozuntular qeydə alındığı və buna görə də bu ölkədən məhsul tədarükünün müvəqqəti məhdudlaşdırıldığı qeyd edilir.

Söhbət Ermənistandan Rusiyaya ixrac olunan alma və pomidordan gedir. Aprel-iyun aylarında yoxlanılan 8 partiyada pestisid qalıqlarının normadan dəfələrlə yuxarı olduğu aşkarlanıb. Buna görə də "Rosselxoznadzor" iyulun 15-dən Ermənistan şirkətinin ixrac etdiyi məhsulların Rusiya ərazisinə girişini qadağan edib.

Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyindən yerli mətbuata bildirilib ki, mövcud vəziyyətlə əlaqədar iki strukturun mütəxəssislərinin iştirakı ilə danışıqlara başlanılıb. Yaranmış hər hansı məsələlərin operativ həlli üçün onlayn konfransın keçirilməsinə dair razılaşma var. Yüklərində kənarlaşma aşkar edilmiş təsərrüfat subyektlərinin nümayəndələri dərhal məlumatlandırılıb, yoxlayıcı orqan nəzarət tədbirlərinə başlayıb.

Sosial şəbəkələrdə Ermənistan vətəndaşları Rusiya tərəfinin qadağasını siyasi təzyiq addımı kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR