İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ermənilərin dərsliyini redaktə etdirir - "Rusiya ilhaqı" sözünə görə

8-ci sinif üçün Ermənistan tarixi dərsliyinin müəllifləri 1828-ci ildə Rusiya imperiyasının Şərqi Ermənistanı “ilhaq etdiyi” barədə yazılan hissəni redaktə etmək qərarına gəliblər.

Bu barədə Rusiya mediasında Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Dərslikdəki bu ifadəyə gəlincə, müəlliflər redaktə təklifi veriblər və müvafiq olaraq, yaxın vaxtlarda dəyişiklik ediləcək”, - deyə şöbədən bildirilib.

Şübhə yoxdur ki, ermənilər bu düzəlişləri özbaşına etmirlər, bunu onlara diktə edən var və bu, Rusiyadır.

“Şərqi Ermənistan” dedikdə isə ermənilər bu “utopik diyar”a İrəvan və Naxçıvan xanlıqlarının ərazisini, Qarabağ bəylərbəyliyinin (dağlıq və aran Qarabağ, eləcə də Gəncə və Zəngəzur ərazisi) torpaqlarını aid edir, diz üstündə cızdıqları xəritələri yayırlar.

Əslində 1828-ci ildə Rusiya İrəvanı doğrudan da işğal edib... və azərbaycanlılardan qopararaq, ermənilərə bağışlayıb. Ondan əvvəl bu bölgə tarix böyunca Azərbaycan türklərinin məskəni olub. Nadir şahın ölümündən sonra bu regionda 80 il ərzində İrəvan xanlığı müstəqil yaşayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR