İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya düşünürdü ki, təyyarə Xəzərə düşəcək və izlər itəcək” - ŞOK AÇIQLAMA

Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qalıb. Artıq bu barədə yerli və xarici mətbuatda məlumatlar dərc edilib.

Musavat.com xəbər verir ki, “Euronews” da Azərbaycan hakimiyyət orqanlarındakı mənbəyə istinadən təyyarənin Aktau yaxınlığında Rusiyaya məxsus raketlə vurulduğunu qeyd edib.

Hadisənin baş verdiyi andan təyyarənin Rusiya tərəfindən vurula biləcəyi ehtimalını dilə gətirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Rusiya hadisə ilə bağlı izləri itirməyə çalışıb:

“Hadisə ilə bağlı birinci dezinformasiya təyyarəyə quş sürüsünün dəyməsi idi. İkinci dezinformasiya isə təyyarənin Ukrayna dronları ilə vurulması idi. Bunları Rusiya mətbuatı tirajlayırdı. Amma mən ilk gündən təyyarənin Rusiya tərəfindən vurulduğunu bildirirdim.

Nə qədər ki, Ukrayna-Rusiya müharibəsi davam edir Rusiya hava məkanı uçuşlar üçün təhlükəlidir. Rusiya düşünürmüş ki, təyyarə Xəzərə düşəcək və izlər itəcək. Elə olan halda bunu Rusiyanın etdiyini sübut etmək çətin olacaqdı. Rusiya bütün izləri itirəcəkdi. Amma pilotların təcrübəsi və peşəkarlığı nəticəsində təyyarə quru sahəyə enə bildi. Artıq şahidlər də olduğundan Rusiya bunu inkar edə bilmədi”.

Elxan Şahinoğlu: “Hələlik bu sanksiyalarABŞ üçün kifayət edəcək”

E.Şahinoğlu əlavə edib ki, Rusiya inadkarlıq edərək bunu dana bilər: “Rusiya nə qədər səhvini tez etiraf etsə, təzminat məsələsini öz üzərinə götürsə, yaxşı olar. Amma Rusiya inadkarlıq edərək bunu etiraf etməyə bilər. 2015-ci ildə Malayziya təyyarəsinin vurulmasını inkar etdilər. Əgər AZAL təyyarəsinin vurulmasını etiraf etsələr, 2015-ci ildə baş verən hadisəni də etiraf etmiş olacaqlar. Ola bilər ki, bunu da etiraf etməsinlər. Rusiya məsuliyyəti öz üzərinə götürməkdən imtina etsə, iki ölkə arasındakı münasibətlərə ciddi təsir edəcək”.

ADP sədri Sərdar Cəlaloğlu da Rusiya tərəfinin təyyarə vurulduqdan sonra iz itirmə cəhdləri olduğunu qeyd edib.

Sərdar Cəlaloğlu vəhhabidir — İddia

“Ola bilər təyyarə səhvən vurulsun. Amma sual olunur ki, nəyə görə təyyarənin xilas edilməsi ilə üçün addım atılmayıb. Onun Azərbaycana qayıtması təklif edilməyib. Şübhəli məqam ondan ibarətdir ki, Azərbaycana qayıdacağı təqdirdə təyyarənin vurulması bilinəcəkdi. Rusiyanın yaxında olan digər aeroportlarına da endirilməyib, çünki yenə də bunun bir vurulma olduğu aşkarlanardı. Təyyarəni uzaq bir məsafəyə- Xəzər dənizi üzərindən keçən bir marşruta istiqamətləndiriblər və belə hesablayıblar ki, bu zədədən sonra təyyarə Xəzərin üzərində dənizə düşə bilər”- deyə S.Cəlaloğlu əlavə edib.

Onun fikrincə, Rusiya radarları təyyarənin dron olmadığını çox yaxşı başa düşürdü: “Çünki təyyarə ilə əlaqə saxlanıla bilər. Mən bu məsələni daha çox bir qəsd kimi qiymətləndirirəm. Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin törətdiyi cinayət kimi dəyərləndirirəm. Amma ətraflı şəkildə yoxlanmalıdır. Burada obyektiv ekspertiza təyin edilməlidir. Qəsd variantını təsdiq edən əsas faktorlardan biri odur ki, təyyarəni istehsal edən şirkətin nümayəndələri də Qazaxıstanda olublar. Təyyarədə ekspertiza apardıqdan sonra bəyanat veriblər ki, bu təyyarənin xaricində qəzaya səbəb olan hər hansı bir əlamət tapılmayıb. Eyni zamanda təyyarənin özündə də texniki problem olmayıb. Bu da onu göstərir ki, üçüncü variant qalır, yəni kənar müdaxilə. Sağ qalan sərnişinlər təyyarənin kənarında partlayış eşitdiklərini deyiblər. Rusiya bu suala da cavab verməlidir ki, nə üçün qəzalı vəziyyətdə olan təyyarəyə bir saatdan artıq müddəti olan uçuş istiqaməti verilib. Halbuki qəzalı təyyarəni təcili şəkildə 15 -20 dəqiqəyə yerə endirmək lazım idi”.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR