Onlayn ictimai-siyasi qəzet
Rusiya Daxili İşlər Nazirliyi sistemində 152 min nəfər işçi çatışmır.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu daxili işlər naziri Vladimir Kolokoltsev Federasiya Şurasında sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, DİN-də kard təminatı ilə bağlı vəziyyət pisləşib: “Sualınızın sonundan başlayacağam, deyim ki, əlimizdən gələni edirik, lakin pul çap edə bilmirik. Hansı ki, daxili işlər orqanlarında xidmətə qəbulda əsas stimullaşdırıcı amil yüksək əmək haqqı və sosial təminatlardır, bizim onu təmin etmək əlimizdən gəlmir”.
Kolokoltsev əlavə edib ki, Primoryedə DİN orqanlarında şəxsi heyətdə çatışmazlıq 20 faiz, Maqadanda – 24 faiz, Tulada – 23 faiz təşkil edir: “Bu rəqəmlər onu göstərir ki, bir daxili işlər məmuru dörd nəfərin əvəzinə işləyir”.
Bundan əlavə, o, xidmətlərdə çatışmazlıqlarla bağlı vəziyyəti misal gətirib: patrul xidmətində çatışmazlıq 25 faiz, istintaq bölməsində 21 faiz, cinayət axtarış bölməsində 20 faiz təşkil edir: “Moskvada, məsələn, Krasnoselski rayonunda patrul xidmətini götürsək belə, orada çatışmazlıq 78 faiz təşkil edir”.
Nazirin sözlərinə görə, hazırkı vəziyyətin əsas səbəbləri əmək haqlarının və sosial təminatların qeyri-kafi səviyyədə olmasıdır.
Musavat.com
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ