Onlayn ictimai-siyasi qəzet
Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqından kənar ölkələrə taxıl məhsullarının ixracı üçün 10,6 milyon ton tarif kvotası müəyyən edib.
Musavat.com xəbər verir ki, bununla bağlı qərar Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib. Sənədə əsasən kvota 2025-ci il fevralın 15-dən iyunun 30-dək qüvvədə olacaq.
Bildirilir ki, qərar daxili bazarda dənli bitkilərin istehsalı və istehlakının proqnoz balansı nəzərə alınmaqla qəbul edilib: “İmzalanan qərara əsasən, buğda və meslin üçün ixrac kvotası 10,6 milyon ton, arpa, çovdar və qarğıdalı üçün 0 ton təşkil edəcək”.
2023-cü ilin sonunda Rusiyadan taxıl ixracı üçün 2024-cü il fevralın 15-dən iyunun 30-dək kvota 24 milyon ton müəyyən edilmişdi. Aprel ayında kvota daha 5 milyon ton artırıldı.
Hökumət aydınlaşdırıb ki, Kənd Təsərrüfatı Nazirliyinin xarici ticarət fəaliyyətinin iştirakçıları arasında bölüşdürəcəyi kvotalar beynəlxalq humanitar yardımın göstərilməsi üçün taxıl ixracına şamil edilmir.
Qeyd edək ki, Rusiya buğdasının əsas alıcılarından biri Azərbaycandır. Bu ilin yanvar-noyabrında Şimal qonşudan 1,1 milyon ton buğda alınıb.
Musavat.com
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ