Onlayn ictimai-siyasi qəzet
“Red Wings Airlines” aviaşirkəti Moskva yaxınlığındakı Jukovski hava limanından Azərbaycanın paytaxtı Bakıya birbaşa müntəzəm reysləri bərpa edəcək.
Musavat.com xəbər verir ki, məlumatı aviaşirkətin mətbuat xidməti yayıb.
Bildirilir ki, ilk reys 27 aprel 2025-ci il tarixinə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək, uçuş saat 16:20 (yerli vaxt), geri dönüş reysi saat 21:40 (yerli vaxt). Səyahət vaxtı təxminən 3,5 saat olacaq.
Mətbuat xidməti xatırladıb ki, Rusiya vətəndaşları Azərbaycanda 90 günə qədər vizasız qala bilərlər.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ