İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus politoloq Crocus City Hall-da törədilən terakta görə Kiyevdən şübhələnir

Böyük ehtimalla “Krokus Siti Holl”da baş verən terror aktını Kiyev təşkil edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov Telegram kanalında bildirib.

Eyni zamanda politoloq qeyd edib ki, onun fikrincə, atışmanı həyata keçirənlər islamçılara bənzəyir.

Markov deyib: “Qafqazlılara qarşı düşmənçiliyi qızışdırmaq və Rusiyanın İslam dünyası ilə münasibətlərini pozmaq üçün cinayəti törədənlərin müsəlmanlar olduğu aşkarlanıb”.

Daha əvvəl xəbər verildiyi kimi, Moskvada “Krokus Siti Holl”da “Piknik” qrupunun konsertindən əvvəl atışma baş verib. Hadisə şahidlərinin sözlərinə görə, o, avtomat silahla açılıb, bundan sonra ziyarətçilər arasında çaxnaşma başlayıb. 40-dan çox insanın həlak olduğu bildirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR