Onlayn ictimai-siyasi qəzet
HAMAS-ın kökünü kəsmək lazımdır.
Musavat.com İsrail mediasına istinadən xəbər verir ki, bu sözləri İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşdə sonra keçirilən mətbuat konfransında ABŞ dövlət katibi Marko Rubio bildirib.
Dövlət katibi qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp HAMAS-la bağlı mövqeyini dəfələrlə aydın şəkildə bildirib.
“Donald Tramp öz çıxışlarında bildirib ki, HAMAS hökumət, yaxud hərbi güc kimi qala bilməz. Nəzərinizə çatdırım ki, HAMAS Qəzzanı idarə edəcək və İsrailə təhlükə yaradacaq güc kimi qaldığı müddətdə sülh mümkün deyil. Onların (HAMAS) kökünü kəsmək, tamamilə kənarlaşdırmaq lazımdır”.
Musavat.com
20 Fevral 2025
19 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ