İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio və Lavrov Ukrayna ilə hüsiləri MÜZAKİRƏ ETDİLƏR

ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.

Musavat.com Ağ Evin yaydığı açıqlamaya istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Rusiya-Amerika əlaqələrinin bərpası üçün gələcək addımlar müzakirə edilib.

Bildirilir ki, Rubio və Lavrov Səudiyyə Ərəbistanında keçirdikləri son görüşlərdən sonra növbəti addımları müzakirə edib və ABŞ və Rusiya arasında əlaqələrin bərpası üçün işi davam etdirmək barədə razılığa gəliblər.

Rubio həmçinin Lavrova Yəmənin üsyançı Ənsar Allah hərəkatına qarşı Amerika hərbi əməliyyatı haqqında məlumat verib.

O, Qırmızı dənizdə ABŞ hərbi və ticarət gəmilərinə husilərin davam edən hücumlarına dözülməyəcəyini vurğulayıb.

Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR