İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rubenin qovulması erməniləri hədsiz məyus etdi" - Hraparak

Ruben Vardanyanın qondarma rejimin "dövlət naziri" vəzifəsindən uzaqlaşdırılması Ermənistan mediasının gündəmindən düşmür. AzVision.az xəbər verir ki, məşhur "Hraparak" qəzeti bu mövzuda diqqət çəkən məqalə dərc edib.

Müəllif yazır ki, “Arayikin "dövlət naziri"ni vəzifədən uzaqlaşdırmasından sonra Vardanyanın yaydığı bəyanat Qarabağ erməniləri arasında ziddiyyətli fikirlər doğurub. Bəziləri hədsiz dərəcədə məyus olub ki, Ruben Vardanyan nəinki Arayik Arutyunyandan incidiyini ortaya qoymadı, hətta işdən azad olunduğu üçün ona təşəkkür etdi... Ən əsası isə o, Ermənistan hakimiyyətindən şikayət etmədi".


Vardanyan niyə qovuldu?! - Erməni ekspertlərin şərhləriMəqalədə o da vurğulanır ki, bəzi dairələrdə hələ də ümid var ki, Vardanyan yavaş-yavaş siyasi proseslərə qayıdacaq. Əgər o, Ermənistanda siyasi karyerasını davam etdirmək niyyətindədirsə, o zaman Ruben bundan sonra öz işini ehtiyatlı görməlidir.

"Amma Vardanyanın uğur qazanmaq üçün bir şansı var: ən radikal mövqelərdən çıxış etmək”, - "Hraparak" yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR