İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo ayaqları ilə onun portretl çəkən iranlı rəssamla görüşüb

“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo İranda ayaqları ilə portretlər çəkən məşhur rəssam Fatimə ilə görüşüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, iranlı qadın futbolçu üçün iki qiymətli hədiyyə hazırlayıb.

Bədəninin 85%-i iflic olduğundan Fatimə yalnız ayaqlarından istifadə edərək heyrətamiz portretlər yaradır. Ancaq bu, onun inanılmaz istedadını inkişaf etdirməsinə və heyranlıq doğuran sənət əsərləri yaratmasına mane olmayıb.

Fatimənin Ronaldo üçün hazırladığı iki qiymətli hədiyyə, şübhəsiz ki,onun  İrana səfərinin xüsusi bir xatirəsi olacaq.

Kriştiano Ronaldo Asiya Çempionlar Liqası çərçivəsində “Persepolis” komandası ilə oyun üçün İran paytaxtına gəlib. 

Xatırladaq ki, Kriştiano Ronaldonun gəlişi İranda əsl çılğınlığa səbəb olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR