İnsanlara hürriyət, millətlərə istiqlal!

Restorandan xırdabuynuzlu heyvanlar oğurlayan iki nəfər SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən restoranların birindən oğurluq etməkdə şübhəli bilinən Elvin Baxşıyev və tanışı Pərviz Edilov saxlanılıblar.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, araşdırmalar zamanı onların restoranın həyətində olan tikilidən 13 baş xırdabuynuzlu heyvanları oğurladıqları məlum olub. Onlar xırdabuynuzlu heyvanları Bərdə rayonunda satıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR