İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçılar Baydeni korrupsiyada ittiham edərək, impiçmentə gedirlər

Nümayəndələr Palatasının komitələri prezident Co Baydenin impiçmenti üçün mümkün səsvermənin elan olunması ərəfəsində rəsmi araşdırmaya başlayır.

Musavat.com xəbər verir ki, müvafiq tapşırığı qanunverici orqanın aşağı palatasının spikeri Kevin Makkarti (Kaliforniyadan olan respublikaçı) elan edib.

"Mən Nümayəndələr Palatasının komitələrinə prezident Co Baydenin rəsmi impiçment təhqiqatına başlamağı tapşırıram. Son bir neçə ay ərzində Nümayəndələr Palatasının respublikaçıları prezident Baydenin davranışına dair ciddi və inandırıcı sübutlar - korrupsiya əlamətləri aşkar ediblər", - o, Konqresdə jurnalistlərə deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR