İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçı senatorlardan Baydenə çağırış: Rəisini ABŞ-a buraxmayın!

ABŞ Senatının respublikaçı üzvləri Co Bayden administrasiyasını İran nümayəndə heyətinə viza verməməyə və onların Nyu-Yorkda BMT Baş Assambleyasında iştirakını qadağan etməyə çağırıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Fox News” kanalı məlumat yayıb.

“İran prezidentinin qətliamlarda iştirakı və İran rejiminin Amerika torpaqlarında ABŞ rəsmilərinə sui-qəsd kampaniyası aparması İbrahim Rəisinin və onun əlaltılarının ölkəmizə daxil olmasını mümkünsüz edir. Əgər Rəisinin BMT Baş Assambleyasında iştirak etməyi planlaşdırdığı barədə son xəbərlər doğrudursa, Ağ Ev ona və digər İran rəsmilərinə viza verməməlidir. Çünki İran agentləri ABŞ-ın yüksək rütbəli dövlət məmurlarını öldürməyi planlaşdırır”, - deyə senatorlar iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR