Onlayn ictimai-siyasi qəzet
Matça hazırlaşmaq çətin idi. Birinci qarşılaşmada 0:6 hesabı ilə uduzmuşduq. Amma bugünkü görüşə maksimum köklənmişdik.
"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprin "Omoniya" komandasına qalib gəldikləri (1:0) UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis sonadək mübarizə aparmaq istədiklərini söyləyib:
"İlk 15-20 dəqiqədə təzyiq yaratdıq. Düşünürdük ki, ilk dəqiqələrdə qol və ya qollar ümid yaradar. Təbii ki, 6:0-dan sonra dönüş görməmişəm. Amma çalışırdıq. Fasilədə də danışdıq ki, yalnız qələbə qazanaq. Pley-off-da qalibiyyət başqadır. Futbolçular çox yüklənmişdilər. "Omoniya" çempionata bir az gec başlayıb. İlk oyunda hiss olunurdu ki, rəqib bizdən daha gümrahdır. Futbolçularımı təbrik edirəm. Builki avrokuboklardan çox razı qaldım. Artıq bütün fikrimizi çempionata yönəldəcəyik".
Qeyd edək ki, səfərdə rəqəbinə 0:6 hesabı ilə uduzan "Zirə" turnirlə vidalaşmalı olub.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ