İnsanlara hürriyət, millətlərə istiqlal!

Rejimin süqutundan sonra Suriyada vətəndaş müharibəsi başlaya bilər- "The Washington Post"


Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra ölkədə yeni bir vətəndaş müharibəsi başlama riski yüksəkdir.

Musavat.com xəbər verir ki, bunu "The Washington Post" qəzeti yazıb.

Qəzet qeyd edir ki, xüsusilə kürdlərin müstəqillik elan etmək cəhdləri yeni hökumət tərəfindən kəskin şəkildə rədd edilə bilər.

Məqalədə vurğulanır ki, bu vəziyyət Türkiyənin Suriyada daha dərindən iştirak etməsinə səbəb ola bilər. Bundan əlavə, ABŞ-ın Suriyanın şimal-şərqində yerləşən hərbi qüvvələri də mürəkkəb vəziyyətlə üzləşərək potensial təhlükələrə məruz qala bilər.

Vurğulanır ki, Suriya müxalifətinin birliyini itirməsi riski mövcuddur. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR