İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəisinin BMT-də çıxışı, İsrail səfirinin təkadamlıq etiraz aksiyası

İsrailin BMT-dəki səfiri Gilad Erdan İran prezidenti İbrahim Rəisinin təşkilatın baş assambleyasında çıxışı zamanı təkadamlıq etiraz aksiyası keçirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezident Rəisi çıxışına başlayanda səfir Erdan üzərinə “Azadlıq iranlı qadınların haqqıdır” yazılmış plakat qaldırıb. Həmin plakatda ötən ilin sentyabrında İranın əxlaq polisləri tərəfindən öldürülmüş 22 yaşlı Məhsa Əmini adlı qızın şəkli də əks olunub.

Rəisi isə öz çıxışında qeyd edib ki, İrandakı etiraz aksiyaları barədə xəbərlər qərəzli və yalandır. Onun fikrincə, bu, Qərbin xüsusi xidmət orqanlarının törətdiyi təxribat olub.

İslam respublikasının prezidenti onu da deyib ki, islam təliminə görə, Yaradanın gözündə kişilər və qadınlar bərabərhüquqlu xilqətdirlər.

Bundan əvvəl İslam İnqilabının Keçikçiləri Korpusunun başçısı, general Məhəmməd Kazımi bəyan edib ki, 2022-ci ilin payızında və qışında İranda baş verən aksiyaları təxminən 20-yə yaxın dövlətin xüsusi xidmət orqanları təşkil edib, yönəldib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR