İnsanlara hürriyət, millətlərə istiqlal!

"Regional məsələlər Azərbaycanın iştirakından kənar müzakirəyə çıxarılır, təhlükəli tendensiya..."

 

“ABŞ-ın baş katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi Avropa İttifaqı (Aİ), ABŞ ilə Ermənistan arasında sabah keçiriləcək görüşün mahiyyəti ilə bağlıdır. Haqlı olaraq Azərbaycanın narahatlıqları vardır. Çünki Aİ-nın, eləcə də Dövlət Departamentinin sözçülərinin fikirləri nə qədər Ermənistanın iqtisadi inkişafına dair görüşün keçirilməsinə yönəlsə də, böyük ehtimalla həm də təhlükəsizlik və müdafiə məsələləri də müzakirə olunacaq”.

Bu fikirləri Musavat.com-a politoloq İlyas Hüseynov bildirib. O əlavə edib ki, bütün bunları açıq bəyan etmirlər: “Lakin Cənubi Qafqazda ikinci Ukrayna ssenarisinin planlaşdırılması, Ermənistanın Rusiyanın nəzarətindən çıxarılması və Rusiyanın Ermənistan ərazisində doldurduğu sahələrin Qərb vasitəsilə əvəzlənməsi planları masaya yatırılacaq. Azərbaycanın bu görüşdə iştirak etməməsi təəccüb doğurur. Çünki regional məsələlər Azərbaycanın iştirakından kənar müzakirəyə çıxarılır. Hətta Qranada da Azərbaycanın iştirakı olmadan 5 aprel görüşünün ilkin konturları formalaşmışdı. Bu, həm də təhlükəli tendensiyaya yol aça bilər. Azərbaycan hər zaman Cənubi Qafqazın böyük geosiyasi güc mərkəzlərinin mübarizə poliqonuna çevrilməsinə imkan verməyib. Bundan sonra da verməyəcək. 

Digər tərəfdən Azərbaycan region dövlətləri vasitəsilə bütün region problemlərinin həllinin tərəfdarı olmaq tezisinə sadiq qalır. Azərbaycan Ermənistanla sülh gündəliyinə də riayət edir və sadiq qalır. Praqa razılaşmaları və Alma-ata Bəyannaməsi buna bir misaldır. Təəssüflər olsun ki, dövlətlərarası münasibətlərin tənzimlənməsi və yekun sülh müqaviləsi kontekstində sərhədlərin delimitasiyası və iqtisadi nəqliyyat əlaqələrinin bərpa olunması məsələləri müzakirə olumalıykən, Ermənistan təhlükəsizliyə təhdid yarada biləcək görüşlərdə iştirak edir, bunu təşviq edir və kənar geosiyasi oyunçuları regiona cəlb etməklə regionda özünə qazanc axtarışındadır”.

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR