İnsanlara hürriyət, millətlərə istiqlal!

Razılıq əldə olundu: Kürd döyüşçüləri Hələbi TƏRK EDİR

Kürd qüvvələrinin Suriyanın Hələb şəhərinin şimalında, Dəməşqdən 360 km aralıda yerləşən Əşrəfiyyə və Şeyx Maksud bölgələrindən çıxarılmasına başlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə SANA informasiya agentliyi məlumat yayıb.

Silahlıların təxliyyəsi aprelin 1-də kürdlərin “Suriya Demokratik Qüvvələri”nin komandanlığı ilə Dəməşqdəki keçid hökuməti arasında əldə edilmiş razılaşmaya əsasən həyata keçirilir.

İlk kürd döyüşçülərinin karvanı Hələbdən Fərat çayının şərq sahilinə doğru yola düşüb və onları Suriya təhlükəsizlik qüvvələri müşayiət edir.

Kürdlərin məskunlaşdığı Əşrəfiya və Şeyx Məqsud məhəllələri 2012-ci ildən milislərin himayəsindədir. 2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra yeni administrasiya dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün kürd qüvvələrinin Hələbin şimalında bir müddət qalmasına icazə verib.

Martın 10-da Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa və “Suriya Demokratik Qüvvələri”nin komandiri Mazlum Abdi kürd döyüşçülərin keçid hökumətinin silahlı qüvvələrinə daxil edilməsini nəzərdə tutan saziş imzalayıblar. Tərəflər Suriyanın şimal-şərqində kürdlərin nəzarətində olan ərazilərdə yerləşən hava limanları, bəndlər, qaz və neft yataqları da daxil olmaqla, bütün mülki və hərbi obyektlərin Dəməşqdəki yeni administrasiyanın səlahiyyətinə keçəcəyi barədə razılığa gəliblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR