İnsanlara hürriyət, millətlərə istiqlal!

Rayonlarda bu şəxslərə mənzillər veriləcək

Azərbaycanın bir sıra şəhər və rayonlarında ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillər veriləcək.

Mənzillər Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında təqdim ediləcək.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hələ oktyabrın 5-də sözügedən şəhər və rayonlarda 1, 2 və 3 otaqlı mənzillərin satın alınması ilə əlaqədar tender elan edilib. Nazirlik bu müddət ərzində mənzillərin satın alınmasını həyata keçirəcək şirkət axtarışındadır. Nazirlik bu gün sözügedən tenderin vaxtını bir qədər də uzadıb.

Tenderə dekabrın 11-də yekun vurulacaq. (valyuta.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR