İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırov komada - ŞOK İDDİA

Çeçenistan rəhbəri Ramzan Kadırov bir neçə gündür ki, komadadır. Onu təyyarə ilə Moskvaya aparıblar, lakin oradakı həkimlər kömək edə bilməyiblər, bundan sonra Kadırov Çeçenistana qaytarılıb. İndi onu müalicə üçün xaricə - çox güman ki, BƏƏ-yə, daha doğrusu, Dubaya aparmağı planlaşdırırlar.

Bu barədə “obozrevatel” yazır.

Nəşrin yazdığına görə, Moskvada həkimlər Kadırovu komadan çıxara bilməyəndən sonra onun müalicəsini xarici həkimlərə həvalə etmək qərarına gəliblər.

Bu məlumatı “obozrevatel”ə Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov da təsdiqləyib.

“Bəli, həqiqətən də, Kadırovun vəziyyətinin ağır olduğu barədə məlumatlar var. Çeçenistan rəhbərinin uzun müddətdir ki, əziyyət çəkdiyi xəstəliklər nəticəsində vəziyyəti daha da pisləşib və belə bir ağır vəziyyətə gətirib çıxarıb” - Yusov qeyd edib.

O əlavə edib ki, uzun müddətdir, bundan məlumatlıdırlar. “Lakin son bir neçə gündə onun vəziyyəti ağırdır”, - Yusov bildirib. (Ölkə.Az)

ramzan.jpeg (73 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR